Rayonlarda kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA

Rayonlarda kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA

“Rayonlarda kreditlər Bakıya nisbətən iki dəfə bahadır”.

 

Sfera.az bildirir ki, iqtisadçı, deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi 12.56 faizdir:

 

“Bakıda kreditlər üzrə orta faiz dərəcəsi 11.05 faiz olduğu halda, Dağlıq Şirvanda 19.67, Qarabağda 19.32, Mil-Muğan iqtisadi rayonunda 19.13, Lənkəran-Astara iqtisadi rayonunda 19.1, Şirvan-Salyan iqtisadi rayonunda 18.75, Mərkəzi Aranda 18.59, Qazax-Tovuz iqtisadi rayonunda 18.42  faizdir. Göründüyü kimi, rayonlarda faiz dərəcəsinin yüksək olması vətəndaşların kreditlərə əlçatanlığını azaldır. Bu, xüsusən bölgələrdə real sektora yönəldilən kreditlərin payının az olması anlamına da gəlir. Belə hallar isə regionlarda sərmayə qoyuluşlarının artırılmasına əngəl olur”.

 

Deputat bildirib ki, banklar regionlarda kredit riskini hələ də yüksək qiymətləndirirlər:

 

“Bu baxımdan bölgələrdə daha çox yüksək faizli istehlak kreditlərinə üstünlük verirlər. Kredit faizlərindəki regional disbalansın aradan qaldırılması olduqca vacibdir. Regionların inkişafı daha aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsini tələb edir. Mərkəzi Bank tərəfindən də bu istiqamətdə stimullaşdırıcı tədbirlərin genişləndirilməsinə ehtiyac var”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR