“Enerji istehsalında ciddi artımlar zəruridir” - Açıqlama

“Enerji istehsalında ciddi artımlar zəruridir” - Açıqlama
Kateqoriya məlum deyil
T

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın elektrik enerjisinin ixracı 2 milyard 752,7 milyon kVt/s, idxalı isə 200,8 milyon kVt/s olub. Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

 

Açıqlanan statistikanı qənaətbəxş saymaq olarmı?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan iqtisadi ekspert Eldəniz Əmirov bildirib ki, hazırda ixracın idxaldan 13 dəfə ( 2 752 milyon kVt/s və 200 milyon kVt/s ) çox olmasına baxmayaraq, hansısa qorxulu hal yaşanmır:

 

“Amma narahatedici məqam odur ki, inkişaf dinamikası xoşagələn deyil. Çünki, idxalın 59%-lik artım dinamikasını hesablasaq 2028-ci ildə idxal edilən elektrik enerjinin həcmi bu il ixrac etdiyimiz enerjiyə gəlib çatacaq. 2030-cu ildə isə isə ixrac 8,1% artsa belə, 59%-li artıma görə idxal ixracı üstələyəcək”.

 

Ekspert qeyd edib ki, narahatedici məqamlardan biri də bu 11 ay ərzində Azərbaycan elektrik enerjisinin istehsalı cəminin 0,8 % artmasıdır:

 

“Yeni istehsal sahələrinin yaranması, işğaldan azad edilmiş ərazilərdə ciddi işlərin görülməsi, eləcə də əhalinin enerjiyə olan təlabatının artması enerji istehsalında daha ciddi artımları zəruri edir”.

 

Ülkər Abdurahmanlı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR