Sabah Mərkəzi Bank yeni faizləri açıqlayacaq

Sabah Mərkəzi Bank yeni faizləri açıqlayacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti dekabrın 20-də faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını açıqlayacaq. 


Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı AMB yayıb. 


Xatırladaq ki, bundan öncəki qərarda uçot dərəcəsi 9 faizdən 8,5 faizə endirilib. Böyük ehtimalla sabah açıqlanan qərarda da faizlər endiriləcək. Çünki son aylarda Azərbaycanda həm illik inflyasiya, həm də dövrü inflyasiya sürətlə azalır. 


Xüsusilə, illik inflyasiyada çox böyük sürətlə azalma var. İllik inflyasiya 2023-cü ilin fevralında 14,1 faiz olduqdan sonra avqustda 9,4 faiz, noyabrda 2,6 faiz olub. 
Dövrü inflyasiya isə yanvar-fevralda 13,9 faiz, yanvar-noyabrda 9,4 faiz təşkil edib. 


Göründüyü kimi, son aylarda inflyasiya sürətində xeyli zəifləmə var. İnflyasiya səviyyəsi yüksəldikdə uçot dərəcəsini artıran AMB inflyasiya azaldıqda da uçot dərəcəsini azaltmalıdır. 


Vasif


OXŞAR XƏBƏRLƏR