Azərbaycanda adambaşına düşən istehsal azalacaq

Azərbaycanda adambaşına düşən istehsal azalacaq

2023-cü ilin 11 ayının nəticələri göstərir ki, bu il adambaşına düşən istehsal həcmi ötən illə müqayisədə azalacaq.

 

Sfera.az xatırladır ki, 2022-ci ildə ölkəmizdə 133,8 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilmişdi. Ötən il ÜDM-nin adambaşına düşən hissəsi isə 13 292 manat olmuşdu.

 

Bu ilin 11 ayında ÜDM-in dəyəri 110,2 milyard manatdır. İlin yekununda ÜDM-in dəyəri ən yaxşı halda 120 milyard manatı bir qədər ötəcək ki, bu da adambaşına 12 000 manat deməkdir.

 

Göründüyü kimi bu il həm ÜDM-in ümumi dəyəri, həm də onun adambaşına düşən hissəsi azalacaq.

 

ABŞ dolları ilə ifadədə də istehsal göstəriciləri zəifləyəcək. Ötən il adambaşına 7 818 manat istehsal olunduğu halda, bu il adambaşına istehsal ən yaxşı halda 7 100 manat təşkil edəcək.

 

Azərbaycanda adambaşına istehsalda ən yüksək nəticə 2014-cü ildə qeydə alınıb.

 

Həmin ildə ÜDM-nin adambaşına düşən hissəsi 7 991 dollar olub. 2023-cü ildə bu qədər məhsulun adambaşına istehsalı üçün ÜDM-nin dəyəri 138 milyard manatı ötməli idi.

 

Vasif


OXŞAR XƏBƏRLƏR