“Azərbaycan Prezidentinin son səfəri regionun enerji təhlükəsizliyinin güclənməsinə ciddi töhvə verəcək”

“Azərbaycan Prezidentinin son səfəri regionun enerji təhlükəsizliyinin güclənməsinə ciddi töhvə verəcək”

Dünən Serbiya respublikasının Niş şəhərində Prezident İlham Əliyevin iştirakı ilə Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib.

 

Görüşü Sfera.az-a şərh edən deputat Vüqar Bayramov bildirib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin güclənməsindəki rolu daha da artmaqdadır:

 

 

“Serbiya ilə Azərbaycan mavi qazını alan ölkələrin sayı ən böyük təkrəqəmli səviyyəyə çatacaq. Yunanıstan-Bolqarıstan İnternkonnektoru istifadəyə verilməsi Serbiyanın Azərbaycan qazını idxal etmək imkanları genişləndirdi. Serbiya ilə Azərbaycan arasında mavi qaz nəqli sahəsində əməkdaşlığın daha da inkişaf edəcəyi gözlənilir”.

 

Millət vəkilinin sözlərinə görə, 2 ildən sonra Azərbaycanın mavi qaz ixracatı ciddi dərəcədə artacaq:

 

“Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənubi Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan (IGB) mavi qaz ala biləcəklərdən ölkələrdən biri də məhz Serbiya idi. İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrdək artırılması isə Macarıstan, Slovakiya, Ruminiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər. Beləliklə, ölkəmizin Mərkəzi və Şərqi Avropanin enerji təhlükəsizliyinin güclənməsindəki rolu daha da artmaqdadır. Bu Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir. Azərbaycan bu il Avropaya mavi qaz ixracatını 12 milyard kub metrə çatdıracaq. 2026-cı ildən sonra isə Azərbaycan köhnə qitəyə 20 milyard kub metr mavi qaz göndərə biləcək”.

 

Mütəxəssis qeyd edib ki, strateji münasibətlərimizin son illər daha da inkişaf etdiyi Serbiya ilə ticarət dövriyyəmiz son 4 ildə 2 dəfə yaxın artaraq 9.2 milyon dollara yüksəlib:

 

“Azərbaycan ilə Serbiya arasında iqtisadi əlaqələrin yalnız enerji deyil, eyni zamanda qeyri-neft sektoru üzrə inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Bu baxımdan, səfər zamanı keçirilən görüşlər, müzakirələr və razılaşmalar da məhz bu potensialdan daha yaxından istifadəyə imkan yaradacaq.

 

Bütövlükdə, Azərbaycan Prezidentinin son səfəri regionun enerji təhlükəsizliyinin güclənməsinə ciddi töhvə verəcək”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR