Azərbaycanın iri bankları əmanət faizlərini kəskin artırıb - STATİSTİKA 

Azərbaycanın iri bankları əmanət faizlərini kəskin artırıb - STATİSTİKA 

Azərbaycanda fəaliyyət göstərən iri banklarda əmanət faizlərinin yüksəlməsi müşahidə edilib. 


Sfera.az xəbər verir ki, ölkəmizin ən iri üç bankından ikisi -  “Azərbaycan Beynəlxalq Bankı” və “Kapital Bank” əhalidən cəlb etdiyi əmanətlərə görə ödədiyi illik faizləri kəskin şəkildə artırıb. 


“Azərbaycan Beynəlxalq Bankı” bir il müddətinə cəlb etdiyi əmanətlərə görə, əvvəllər 6-6,5 faiz gəlir verdiyi halda, yeni qərara əsasən, vəd edilən gəlirlər 8-9 faizə çatdırılıb. 


“Kapital Bank” da əvvəllər 6-6,5 faiz divident ödədiyi əmanətlərə görə, indi 8-9 faiz divident ödəyir. 


Ölkəmizin üçüncü ən böyük bankı olan “PAŞA Bank” isə əmanət faizləri ilə bağlı məlumat açıqlamır. 


Qeyd edək ki, ölkəmizin banklarında fiziki şəxslərə məxsus olan 12,7 milyard manat dəyərində əmanət var. Bu vəsaitlərin çox hissəsi adıçəkilən 3 iri bankda saxlanılır. 


Vasif


OXŞAR XƏBƏRLƏR