Gömrük limiti 150 dollara endirilir? – “Bu, biabırçılıqdır”

Gömrük limiti 150 dollara endirilir? – “Bu, biabırçılıqdır”

Son günlər sosial mediada gömrük limitinin 300 dollardan 150-yə endirilməsi ilə bağlı qərarın veriləcəyi iddia edilir. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olub.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən iqtisadçı Natiq Cəfərli deyib ki, artıq dünyada bəzi ölkələrdə onlayn ticarət ənənəvi satışları üstələyib:

 

“Şəhərin mərkəzində yerlərdə alış-veriş mərkəzləri, mağazalar, böyük ölçüdə məmurlara, onların ailə üzvlərinə məxsusdur. Onlar da həmin məkanları fantastik qiymətə icarəyə verirlər. Yəqin ki, onların icarədarları şikayət edirlər ki, hamınız səlahiyyət sahibisiniz, camaat xaricdən sifariş verir, bizim alverimiz ölür, nəticədə icarə haqqınızı verə bilmirik. Hakimi-mütləqlər də ortalığa mövzu atırlar ki, sifarişləri azaltsınlar, onlayn ticarəti məhv etsinlər”.

 

Qeyd edək ki, 2020-ci ildə də gömrük limiti endirilib. Həmin zaman qəbul edilən qərara əsasən, xaricdən gətirilən malların limiti 1000 dollardan 300-ə salınıb. Bildirilib ki, vətəndaş ay ərzində bir neçə dəfə sifariş verə bilər, amma gətirdiyi malların ümumi həcmi 300 dolları keçməməlidir.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...