Azərbaycanda kredit faizləri niyə yüksəkdir? - Açıqlama

Azərbaycanda kredit faizləri niyə yüksəkdir? - Açıqlama

Avropada və Amerikada bank kredit faizləri maksimum 5 faizdir. Azərbaycanda isə manatla istehlak krediti verən bankların faiz dərəcələri 11.7%-29% aralığında müəyyən edilib.

 

Bəs, ölkəmizdə kredit faizlərinin bu qədər yüksək olmasının səbəbi nədir?

 

Mövu ilə bağlı Sfera.az-a açıqlama verən  iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, əsas səbəblərdən biri iqtisadiyyatımızın kifayət qədər güclü olmamasıdır:

 

“Avropa və Amerikada iqtisadiyyat həddindən artıq güclüdür və valyutalarına etibar, inam var. Ölkələrlə bağlı risklər isə çox aşağı səviyyədədir. Bütün dünya da öz pullarını həmin ölkələrə investisiya edir, buna görə də pulun dəyəri aşağı düşüb. Azərbaycanda isə iqtisadiyyat çox risklidir, çünki valyuta axını neft və qazdan asılıdır. İkinci səbəb isə riskli coğrafi regionda yerləşməyimizdir. Ətrafımızda ciddi siyasi, iqtisadi, hərbi proseslər baş verir. Pulun dəyəri də bunları əks etdirir”.

 

Ekspert qeyd edib ki, xaricdə banklar pulu ucuz tapır, ucuz da satırlar, bizdə isə baha tapılır, baha da satılır:

 

“Xaricdə ona görə 5 faizə kredit imkanları var ki, orada 1 faizlə pulunu investisiya edənlər var. Lakin siz pulunuzu 1 faizlə banka qoymazsınız, axı. Düşünərsiniz ki, risklidir, devalivasiya ola bilər, pulun dəyəri itir, inflyasiya ola bilər. Odur ki, banklar depozitləri aşağı faizlə tapa bilmirlər.

 

Başqa bir məsələ isə kapital bazarlarının inkişaf etməməsidir. Şəxslər kredit almaq üçün ancaq banka getməlidir. Burada da bankların üstün mövqeyi yaranır ona görə də baha satmaq imkanları da formalaşır. Alternativ oalraq şirktələrin səhm, istiqraz buraxıb pul cəlb etmə şansı çox aşağıdır. Şirkətlərin də tarixçəsi çox qısadır, riskləri böyükdür”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mə...

“Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər

“Telegram” ikinci böyük yeniləməsini təqdim edib.   Sfera.az xəbər verir ki, bu dəfə platforma həm texniki funksionallığı, həm də is...

Prezident və Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışını etdilər

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər. ...

İlham Əliyev və xanımı Daşaltı məscidinin açılışında iştirak etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti mayın 10-11-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.   Bu barədə Sf...

Bekhem məşhur futbolçu ilə "atışıb" klub aldı

"Mançester Yunayted"in keçmiş ulduz futbolçuları Devid Bekhem və Harri Nevill klub satın  satın alıblar.   Sfera.az xarici mətbua...