“Evdə saxlanılan pullar vətəndaşa gəlir verəcək” - Deputat

“Evdə saxlanılan pullar vətəndaşa gəlir verəcək” - Deputat

“Banklar noyabr ayına da əmanət portfellərində azalma ilə daxil olub. Son 1 ayda banklarda əmanətlərin həcmi 12 milyard 705 milyon manatdan 12 milyard 564 milyon manatadək azalıb”.

 

Bunu Sfera.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

 

İqtisadçı bildirib ki, azalmada “Muğan Bank”ın müflis olmasının da rolu var:

 

“Bu, o deməkdir ki, yalnız bir ayda bank əmanətlərində 141 milyon manat azalma qeydə alınıb. Əmanətlərin həcminin azalmasına “Muğan Bank”ın müflis olması təsir göstərsə də, nəzərə alınmalıdıır ki, bu ilin fervarlından etibarən depozit məbləğlərində dövrü aylıq enişlər müşahidə edilirdi. Banklardakı depozit gəlirlərinin ferval ayından etibarən vergiyə cəlb edilməsi də əmanətlərin həcminə təsir göstərib. Doğrudur, xərcləmələr, eləcə də real sektora sərmayələr və mövsumi faktorlar da öz təsirlərini saxlamaqdadır. Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımdan da əhəmiyyətlidir. Bu baxımdan, əmanət porfelinin dayanıqlı artımına nail olmaq çox vacibdir”.

 

Ekspert vətədaşların evdə saxladığı pullardan gəlir əldə etməsinə imkan yaranacağını da deyib:

 

“Gələn ildən əmanət gəlirlərinə vergi güzəştlərin tətbiqinin nəzərə alınması azalmaların səngiməsi baxımdan vacib idi. Son dinamika bir daha təsdiq edir ki, vətəndaşların passiv vəsaitlərinin banklar vasitəsi ilə real sektora yönəldilməsi üçün sistemli tədbirlərin gücləndirilməsinə ehtiyac var. Bu həmçinin evlərdə saxlanan pulların depozitə çevrilərək vətəndaşlarımızın gəlir əldə etməsinə də imkan yaradar”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR