Amerikalılar "Qara Cümə"də rekord həddə PUL XƏRCLƏDİLƏR

Amerikalılar

ABŞ-də endirimli satışlar günü olan “Qara Cümə”də onlayn xərclər rekord həddə çatıb.

 

Sfera.az xəbər verir ki, həmin gün istehlakçılar internetdə rekord məbləğdə, yəni 9,8 milyard dollar xərcləyiblər. Ötən illə müqayisədə xərclərin məbləğində 7,5 faiz artım olub.

 

"Qara Cümə"də ən çox satılanlar smart saatlar və televizorlar kimi elektron məhsullar olub.

 

Eyni zamanda, ABŞ-də “Qara Cümə”dən əvvəl qeyd olunan Şükran Günü ilə bağlı onlayn xərclər də ötən illə müqayisədə 5,5 faiz artaraq 5,6 milyard dollara çatıb.

 

Bu alış-veriş dövrü ölkədə noyabrın 4-cü cümə axşamı qeyd olunan Şükran Günü ilə başlayır daha sonra “Qara Cümə” ilə davam edir, Milad ilə yekunlaşıb, 31 dekabrda Yeni il gecəsi isə sona çatır.

 

“Tətil mövsümü” adlandırılan bu dövr əksər hallarda əsas pərakəndə satışçılar üçün ilin ən gəlirli vaxtı kimi təsvir edilir və eyni zamanda ABŞ-də istehlakçıların “iqtisadi sağlamlığının” ölçüsü kimi də görülür.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR