Nağd dollar alışının həcmi satışdan az olub - İlk dəfə

Nağd dollar alışının həcmi satışdan az olub - İlk dəfə

Azərbaycanda son illərdə ilk dəfə olaraq bu il nağd dollar alışının həcmi satışdan az olub.

 

Sfera.az xəbər verir ki, 2023-cü ilin 10 ayı ərzində nağd valyuta mübadiləsi zamanı banklar və digər mənbələrdən 1,22 milyard ABŞ dolları satılıb. Bu dövrdə nağd şəkildə dollar alışı isə 1,36 milyard təşkil edib.

 

Müqayisə göstərir ki, bu il nağd formada əhali və digər qurumlar tərəfindən satılan dolların məbləği alınan dollardan çox olub.

 

Belə hala son illərdə ilk dəfə təsadüf edilir. Əvvəlki illərdə bir qayda olaraq əhali və digər şəxslər tərəfindən nağd dollar alışı satışdan çox olurdu. Bu il fərqli nəticənin olması ondan xəbər verir ki, Azərbaycanda dollara tələb xeyli zəifləyib.

 

Məhz dollara tələbin zəif olması ilə əlaqədar olaraq son aylarda Azərbaycan Mərkəzi Bankı valyuta bazarına alış yönlü müdaxilə edir. Alış yönlü müdaxilənin həcminin artması nəticəsində isə Mərkəzi Bankın valyuta ehtiyatlarında nəzərəçarpacaq artım baş verir.

 

Bu ilin əvvəlində Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 9 milyard dollar olduğu halda noyabrın 1-də ehtiyatların həcmi 10,5 milyard dolları ötüb. Qısa müddətdə ehtiyatların 1,5 milyard dollardan çox artması ondan xəbər verir ki, daxili bazarda dollar artıqlığı yaranıb və onu Mərkəzi Bankdan başqa heç kim almaq istəmir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

DTX-da Ulu Öndər Heydər Əliyevin 102 illiyi qeyd olunub - FOTOLAR

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti...

Ukrayna macar casusları aşkara çıxardı - İllərdir pusquda...

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ölkə tarixində ilk dəfə olaraq Macarıstan hərbi kəşfiyyatçılarını ifşa edib.    Sfera.az bu barədə “RB...

"Sülh sazişi imzalamağa hazırıq" - Ermənistan XİN

Ermənistan sülh sazişini imzalamağa hazır olduğunu bəyan edib.    Sfera.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan b...

Prezident və xanımı Şuşada...

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mə...

“Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər

“Telegram” ikinci böyük yeniləməsini təqdim edib.   Sfera.az xəbər verir ki, bu dəfə platforma həm texniki funksionallığı, həm də is...