Türkiyədə uçot dərəcəsi 40 faizə qaldırılıb

Türkiyədə uçot dərəcəsi 40 faizə qaldırılıb

Türkiyə Mərkəzi Bankı ölkədə yüksək inflyasiyanı nəzərə alaraq uçot dərəcəsini bir qədər də artırıb.

 

Sfera.az xəbər verir ki, əvvəl 35 faiz olan uçot dərəcəsi Mərkəzi Bankın yeni qərarı ilə 40 faizə qaldırılıb.

 

Türkiyədə illik inflyasiya 44 faizdir. Sürətli qiymət artımlarının dayandırmaq üçün Mərkəzi Bank uçot dərəcəsini bir neçə dəfə artırıb.

 

Türkiyədə yüksək inflyasiyanın səbəbi lirənin ucuzlaşması ilə bağlıdır. Bu qərardan sonra dollar lirə qarşısında bir qədər ucuzlaşıb. Ucuzlaşmanın nə qədər davam edəcəyini zaman göstərəcək.

 

Vasif


OXŞAR XƏBƏRLƏR