Yeni iş yerlərinin 80 faizi Bakıda açılır

Yeni iş yerlərinin 80 faizi Bakıda açılır

Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda 60 906 yeni iş yeri yaradılıb.

 

Sfera.az xəbər verir ki, yeni iş yerlərinin 80,4 faizi, yəni 49 minə yaxını Bakı şəhərində açılıb. Digər şəhər və rayonlarda açılan iş yerlərinin sayı isə 11 900-dür.

 

Paytaxtda ən çox iş yeri Nərimanov və Nəsimi rayonlarında yaradılıb. Doqquz ay ərzində Nərimanovda 9 557, Nəsimidə 8 908 iş yeri açılıb.

 

Bakıda ən az iş yeri Pirallahı (4) və Qaradağ (720) rayonlarında yaradılıb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR