Manat bu il 19 faiz bahalaşıb

Manat bu il 19 faiz bahalaşıb

2023-cü ilin ilk 9 ayı ərzində manatın nominal məzənnəsi Azərbaycanla qeyri-neft məhsullarının ticarətini həyata keçirən əsas tərəfdaş ölkələrin valyutalarına nisbətən 19,3 faiz yüksəlib. 


Sfera.az xəbər verir ki, bu dövrdə manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı müxtəlif istiqamətdə dəyişib. Belə ki, manatın məzənnəsi nominal olaraq Türkiyə lirəsinə, Qazaxıstan tengəsinə, Rusiya rubluna, Yaponiya yeninə, Çin yuanına qarşı bahalaşıb, avroya, İngiltərə funt-sterlinqinə, İsveçrə frankına və Gürcüstan larisinə qarşı ucuzlaşıb.


Manatın nominal məzənnə dəyərinin yüksəlməsi, yəni manatın bahalaşması idxalla gələn inflyasiyanın məhdudlaşmasına böyük köməyi olub. 


Bu il manatın real effektiv məzənnəsi isə 7,5% yüksəlib. Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta inflyasiya səviyyəsindən aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir edib. 

 


Vasif


OXŞAR XƏBƏRLƏR