Azərbaycanda məşğul əhalinin sayı azalıb – Rəqəmlər

Azərbaycanda məşğul əhalinin sayı azalıb – Rəqəmlər

2023-cü ildə Azərbaycanda həm iqtisadi fəal, həm də məşğul əhalinin sayında azalma qeydə alınıb. Bunun nəticəsində ölkəmizdə işsiz əhalinin də sayı azalıb.

 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin noyabrın 1-də 5,36 milyon nəfərə yaxın iqtisadi fəal əhali olduğu halda, bu ilin noyabrın 1-də 5,25 milyon nəfər iqtisadi fəal əhali olub. Bir ildə iqtisadi fəal əhalinin sayı 110 min nəfər azalıb.

 

Müqayisə edilən tarixlər ərzində məşğul əhalinin sayı 5,054 milyon nəfərdən 4,96 milyon nəfərə geriləyib. Bir ildə məşğul əhalinin sayında 94 min nəfərə yaxın azalma baş verib.

 

İşsizlərin sayı isə bu müddətdə 310 min nəfərdən 290 min nəfərə düşüb. 

 

Vasif


OXŞAR XƏBƏRLƏR