Güzəştli mənzil alanlar Azər Türk Banka müraciət edə bilərlər

Güzəştli mənzil alanlar Azər Türk Banka müraciət edə bilərlər
Kateqoriya məlum deyil
T

Dövlət bankı Azər Türk Bank “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsinə əsasən mənzil əldə etmək üçün müraciət edən şəxslərə güzəştli ipoteka kreditlərinin verilməsini davametdirir.


Qeyd edək ki, 16 dekabr 2023-cü il tarixindən etibarən MİDA tərəfindən satışına başlanan mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron
kabineti olan vətəndaşlar ilkin razılıq qərarının alınması üçün bu keçid vasitəsilə //atb.az/mida/ Banka müraciət edə bilərlər.


Kreditlər illik 4%-lə 30 il müddətinədək rəsmiləşdirilir. İlkin ödəniş 10% həcmində müəyyən edilmişdir. Güzəştli ipoteka kreditləri Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun hesabına verilir. 


Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı //atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR