Neft sektorundakı vəziyyət ÜDM-in dəyərini azaldıb – RƏQƏMLƏR

Neft sektorundakı vəziyyət ÜDM-in dəyərini azaldıb – RƏQƏMLƏR

Bu il neft və qaz qiymətlərinin enməsi, eyni zamanda neft hasilatının azalması Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun (ÜDM) nominal dəyərinin kiçilməsinə səbəb olub.

 

Sfera.az xatırladır ki, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində ölkəmizdə 111,5 milyard manat dəyərində ÜDM istehsal edilmişdi. Bu ilin eyni ayları ərzində istehsalın dəyəri 10,6 milyard manat azalaraq 100,9 milyard manat olub.

 

İstehsalın azalmasının yeganə səbəbi neft sektorundakı vəziyyətlə bağlıdır. 2023-cü ildə həm neft hasilatı azalıb, həm də ixrac etdiyimiz neftin qiyməti enib. On ay ərzində neft hasilatı 24,97 milyon ton olub. Bu miqdar ötənilki nəticədən (27,175 milyon ton) 8,1 faiz, yəni 2,2 milyon ton azdır. İstehsal miqdarından başqa neftin qiyməti də enib. Ötən il neftin bir tonu 800 dollara satıldığı halda bu il neftin ixrac qiyməti 540 dollara düşüb. İstehsalın azalması ilə yanaşı qiymətin də enməsi neft-qaz sektorunda ÜDM istehsalını xeyli azaldıb. 2023-cü ilin on ayında neft-qaz sektorunda 38,2 milyard manat dəyərində ÜDM istehsal edilib ki, bu da 2022-ci ilin 10 ayındakı nəticədən (55,2 milyard manat) 17 milyard manat azdır.

 

Qeyri neft-qaz sektorunda isə müsbət dinamika qalır. Ötən il 56,3 milyard dollarlıq ÜDM istehsal edildiyi halda, bu il istehsalın dəyəri 62,7 milyard manata yüksəlib. Bu il qeyri neft-qaz sektorunda ÜDM istehsalı 6,4 milyard manat artıb.

 

Müqayisə göstərir ki, bu il neft-qaz sektorundakı azalma digər sektordakı artımdan çox olduğundan ÜDM istehsalı xeyli azalıb. ÜDM-in nominal dəyərinin azalması dövlət büdcəsinin neft-qaz sektoru üzrə gəlirlərinə mənfi təsir edir. Eyni vəziyyətin 2024-cü ildə də qalma ehtimalı yüksəkdir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...

Yeni “iPhone"larda güclü RAM-lar quraşdırılacaq - “Apple”dən mühüm dəyişiklik

“Apple” yeni “iPhone 17 Pro” və “Pro Max” modellərində səmərəliliyi artırmaq üçün mühüm bir yeniliyə imza atıb. Şirkət bu mo...

"Putinin “kölgə donanması”nı məhv edəcəyik" - Kir Starmer

Neft və qaz ixracına dair mövcud sanksiyalardan yayınmaq üçün istifadə edilən Rusiya neft tankerlərinin donanmasına yeni məhdudiyyətlər tətbiq ediləcək. &nbs...

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Mayın 10-a gözlənilən hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımada...

Hindistan Azərbaycanı boykot etdi - Nələr yaşanacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycan Pakistanı dəstəklədiyi üçün Hindistanda ölkəmizə qarşı boykot elan edilib. Hindli rəsmilər Azərbaycana səfər etməməyi və Azərb...