Rusiya böyük miqdarda taxıl istehsal edib – SON RƏQƏM

Rusiya böyük miqdarda taxıl istehsal edib – SON RƏQƏM

Bu il Rusiyada taxıl istehsalı 147 milyon tona çatıb.


Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin birinci müavini Oksana Lut məlumat verib.


Xatırladaq ki, ötən il Rusiya 157,6 milyon ton taxıl məhsulları istehsal etmişdi.


Builki nəticə keçən ilki nəticədən zəif olsa da, 2021-ci illə müqayisədə istehsalda 25 milyon tondan çox artım var.


Rusiyada taxıl istehsalının miqdarının çox olması dünyada taxıl qiymətlərinin səviyyəsinə birbaşa təsir edir. Çünki Rusiya dünyada ən çox taxıl ixrac edən ölkədir.

 

Ukrayna-Rusiya müharibəsi başlayandan sonra Qara dəniz vasitəsilə taxıl ixracında çətinlik yarandığından qiymətlərdə artım baş vermişdi. Lakin son aylarda taxıl qiymətləri 2022-ci ilin birinci yarısı ilə müqayisədə daha əlverişlidir. Qiymətlərin əlverişli olmasında Rusiyanın taxıl istehsalını artırmasının böyük rolu var.


Vasif


OXŞAR XƏBƏRLƏR

DTX-da Ulu Öndər Heydər Əliyevin 102 illiyi qeyd olunub - FOTOLAR

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti...

Ukrayna macar casusları aşkara çıxardı - İllərdir pusquda...

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ölkə tarixində ilk dəfə olaraq Macarıstan hərbi kəşfiyyatçılarını ifşa edib.    Sfera.az bu barədə “RB...

"Sülh sazişi imzalamağa hazırıq" - Ermənistan XİN

Ermənistan sülh sazişini imzalamağa hazır olduğunu bəyan edib.    Sfera.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan b...

Prezident və xanımı Şuşada...

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mə...

“Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər

“Telegram” ikinci böyük yeniləməsini təqdim edib.   Sfera.az xəbər verir ki, bu dəfə platforma həm texniki funksionallığı, həm də is...