"Qeyri neft-qaz sektorundan toplanan vergi 19 faiz artıb" – Nazir

2023-cü ilin yanvar-oktyabr aylarında  Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 14 milyard 593 milyon 500 min manat vergi daxil olub. Bu məbləğ 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,2% çoxdur.


Sfera.az xəbər verir ki, bu haqda məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşıb. Nazir qeyd edib ki, bu müddətdə qeyri neft-qaz sektorundan vergi daxilolmaları daha çox artıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri neft-qaz sektoru üzrə toplanan vergi 19,2% artaraq 8 milyard 387 milyon 4 min manat təşkil edib. 


Xatırladaq ki, ötən ilin yanvar-oktyabr ayları ərzində qeyri neft-qaz sektorundan təxminən 7,03 milyard manat vergi toplanmışdı. Bu il həmin sahələrdən toplanan vergi 1,35 milyard manatdan çox artıb. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR