Dövlət büdcəsi 7,63 milyard manat itirib – SƏBƏB

Dövlət büdcəsi 7,63 milyard manat itirib – SƏBƏB

Azərbaycanda vergi və gömrük sahəsində tətbiq olunan güzəşt və azadolmalar dövlət büdcəsinin hər il milyardlarla manat məbləğində vəsait itirməsinə səbəb olur. 


Sfera.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, “Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” vasitəsilə aparılan qiymətləndirməyə əsasən? 2022-ci ildə vergi və gömrük rüsumları üzrə tətbiq olunan güzəşt və azadolmalarla bağlı dövlət büdcəsi 7,631 milyard manat gəlirdən məhrum olub. Bunun 5,853 milyard manatı ölkədaxili, 1,78 milyard manatı isə idxal əməliyyatları üzrə baş verib. 


Dinamika göstərir ki, son 3 ildə güzəşt və azadolmalar səbəbindən büdcənin itirdiyi gəlirin həcmi davamlı artıb. İtkinin məbləği 2020-ci ildə 5,32 milyard manat olduğu halda, 2021-ci ildə 6,52 milyard manata, 2022-ci ildə 7,631 milyard manata yüksəlib. 


Güzəşt və azadolmaların büdcə gəlirlərinə təsiri bütün mənbələr üzrə baş verib. Ən çox itki sahibkarlıq fəaliyyətinə verilən güzəştlərlə bağlıdır. Sahibkarlara verilən güzəştlərə görə itkinin məbləği 4,73 milyard manata yüksəlib. 2020-ci ildə bu istiqamət üzrə itirilən gəlir 3,22 milyard manat idi. 


Sosial xarakterli güzəştlərin büdcə gəlirinə təsiri də böyükdür. 2020-ci ildə 1,42 milyard manat olan itki 2022-ci ildə 1,892 milyard manata çatıb. 


Bunlardan başqa ötən il büdcə təşkilatlarının, büdcədənkənar dövlət fondlarının və publik hüquqi şəxslərin fəaliyyətindən irəli gələn güzəştlər üzrə gəlir itkisi 492,5 milyon manat, beynəlxalq müqavilələrdən irəli gələn güzəştlərə görə gəlir itkisi isə 517,5 milyon manat təşkil edib. 


Vergi və gömrük güzəştlərinə görə gəlir itkisinin məbləği 2024-cü ildə də artacaq. Çünki bəzi malların, konkret olaraq minimum istehlak səbətinin tərkibinə daxil edilən ərzaq məhsullarının daxili istehsalında istifadə olunan aralıq məhsulların, habelə bir sıra texnika və avadanlıqların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsi nəzərdə tutulur. Bu güzəştlərə görə dövlət büdcəsinin gəlir itkisinin məbləği bir qədər də yüksələcək. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Bu xəstəliklər ağciyər xərçəngi riskini azaldır - Tədqiqat

Amerikalı alimlərin apardığı araşdırmaya görə, allergik rinit və ekzema ağciyər xərçəngi riskini azalda bilər.    Sfera.az xəbər verir ki, tədqi...

Dövlət sərhədində atəş səsləri – İrandan gələn naməlum şəxs…

İyulun 20-də xidmətin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə naməlum şəxsin şübhəli hər...

Yer kürəsinın fırlanma sürəti artıb - Səbəb nədir?

22 iyul 2025-ci ildə Yer öz oxu ətrafında fırlanmasını həmişəkindən bir qədər sürətlə tamamlayacaq. Sürətin artması hesabına günün uzunluğu qısalacaq. 1973-cü i...

Maskın arzusu gerçəkləşdi: “Tesla Diner” restoranı Hollivudda açıldı - FOTO

Dünyanın ən zəngin insanı İlon Maskın illərdir planlaşdırdığı “Tesla Diner & Drive-In” restoranı Hollivudda fəaliyyətə başlayıb.   ...

Oliqarx Plaxotnyuk Yunanıstanda saxlanılıb - FOTO

Moldavanın Demokratlar Partiyasının keçmiş lideri, oliqarx Vladimir Plaxotnyuk Yunanıstanda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Moldova ...

Samir Əzimzadəyüksək vəzifəyə TƏYİN OLUNDU

Hərbi Prokurorluqda yeni təyinat olub.   Sfera.az xəbər verir ki, ədliyyə müşaviri Samir Sərdar oğlu Əzimzadə Azərbaycan Respublikası Hərbi prok...