Bu, Azərbaycanda inflyasiyanı YÜKSƏLDİR - ŞƏRH

Bu, Azərbaycanda inflyasiyanı YÜKSƏLDİR - ŞƏRH

Azərbaycanda son aylarda dollar bolluğunun yaranması inflyasiyaya artırıcı təsir göstərir. 


Sfera.az xəbər verir ki, bu təsir qarşıdakı aylarda da davam edə bilər. 


Dollar bolluğunun inflyasiyaya artırıcı təsiri Mərkəzi Bankın bazara alışyönlü müdaxiləsi ilə bağlıdır. Mərkəzi Bank manatın bahalaşmaması üçün bazarda yaranan əlavə xarici valyutanı alır. Xarici valyuta manatla alındığından dövriyyədə olan pul kütləsinin həcmi artır. Bu isə öz növbəsində tələbin artmasına səbəb olur. 


Gözlənilir ki, 2023-cü ilin qalan aylarında da dollar bolluğu davam edəcək və Mərkəzi Bank həmin əlavə vəsaitləri alaraq çoxlu manatı dövriyyəyə buraxacaq. 
Bu, ilin sonuna kimi pul təklifinin iki rəqəmli (20%-dan artıq) artımına səbəb ola bilər. Pul bazasının artımının isə inflyasiyaya artırıcı təsir göstərəcəyi yəqindir. 
İlin əvvəlindən pul bazasının həcmi 9 faizdən çox artıb. Hazırda bazanın həcmi 18,4 milyard manatdır. 


Pul təklifinin daha çox artmaması üçün həm Mərkəzi Bank, həm də hökumət yürüdəcəyi maliyyə siyasətində bunu nəzərə almalıdır.


2024-cü ildə maaş, pensiya və sosial ödənişlərin növbəti dəfə artırılması gözlənilir. Əgər artımlarla bağlı qərarlar yanvar ayından başlayarsa, o halda, dövriyyədə daha çox pul kütləsi yaranacaq. Bu isə qiymət artımlarını bir qədər də tətikləyəcək. 


Beləliklə, ölkəmizə daha çox xarici valyutanın girməsi manata bahalaşma yönündə təzyiqi artırır. Əgər Mərkəzi Bank manatı sabit saxlamağa davam edərsə, o halda inflyasiya səviyyəsi bir qədər yüksək olacaq. 

 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Bu xəstəliklər ağciyər xərçəngi riskini azaldır - Tədqiqat

Amerikalı alimlərin apardığı araşdırmaya görə, allergik rinit və ekzema ağciyər xərçəngi riskini azalda bilər.    Sfera.az xəbər verir ki, tədqi...

Dövlət sərhədində atəş səsləri – İrandan gələn naməlum şəxs…

İyulun 20-də xidmətin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə naməlum şəxsin şübhəli hər...

Yer kürəsinın fırlanma sürəti artıb - Səbəb nədir?

22 iyul 2025-ci ildə Yer öz oxu ətrafında fırlanmasını həmişəkindən bir qədər sürətlə tamamlayacaq. Sürətin artması hesabına günün uzunluğu qısalacaq. 1973-cü i...

Maskın arzusu gerçəkləşdi: “Tesla Diner” restoranı Hollivudda açıldı - FOTO

Dünyanın ən zəngin insanı İlon Maskın illərdir planlaşdırdığı “Tesla Diner & Drive-In” restoranı Hollivudda fəaliyyətə başlayıb.   ...

Oliqarx Plaxotnyuk Yunanıstanda saxlanılıb - FOTO

Moldavanın Demokratlar Partiyasının keçmiş lideri, oliqarx Vladimir Plaxotnyuk Yunanıstanda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Moldova ...

Samir Əzimzadəyüksək vəzifəyə TƏYİN OLUNDU

Hərbi Prokurorluqda yeni təyinat olub.   Sfera.az xəbər verir ki, ədliyyə müşaviri Samir Sərdar oğlu Əzimzadə Azərbaycan Respublikası Hərbi prok...