Dünyada neftə tələb uzun müddət yüksək olacaq

Dünyada neftə tələb uzun müddət yüksək olacaq

Dünyada yaşıl enerji növlərinə keçid sürətləndiyi bir vaxtda iri neft şirkətlərindən olan “Exxon Mobil” və “Chevron” ənənəvi enerji sahələrinə böyük sərmayə qoyurlar.

 

Sfera.az “NBCnews”a istinadən xəbər verir ki, bu, iki iri şirkətin hələ də neft və qaz bazarının perspektivinə inanmasını göstərir. Xatırladaq ki, iki həftə əvvəl “Exxon Mobil” neft şirkəti bu sahədə fəaliyyət göstərən “Pioneer Natural Resources” şirkətini 59,5 milyard dollara satın aldı. Bazar ertəsi isə “Chevron” neft və qaz şirkəti “Hess” şirkətini 53 milyard dollara satın almağı planlaşdırdığını açıqladı.

 

Ekspertlərin fikrincə, iki iri şirkətin böyük sərmayə qoyuluşu onu göstərir ki, neft və qaz bazarının əsas oyunçuları yaxın gələcəkdə neftə tələbatın sonunu görmürlər. Ekspertlər bildirir ki, iri şirkətlər növbəti ən azı 20-25 ildə neft və qaza kifayət qədər böyük tələbin olacağını düşünürlər. Neftə tələbin pik nöqtəsinin nə vaxt olacağı ilə bağlı sonsuz mübahisələr var. Lakin hazırda qlobal neft istehlakı bütün zamanların ən yüksək həddinə çatmaq üzrədir. ABŞ-nin ən böyük neft və qaz istehsalçıları hesab edir ki, neftə yüksək tələbat uzun bir yol qət edəcək. Bununla belə qlobal miqyasda təmiz, yəni yaşıl enerjiyə sərmayə sürəti artır.

 

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2023-cü ildə qlobal enerji bazarlarına 2,8 trilyon dollar sərmayə qoyulacaq ki, bunun da 1,7 trilyon dolları təmiz texnologiyalara olacaq. Qalan 1 trilyon dollardan bir qədər çox hissə kömür, qaz və neft kimi qalıq yanacaqlara gedəcək.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...

Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı oldu

Bakının Binəqədi rayonunda antiterror şəhidi polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı olub.   Sfera.az xəbər verir ki, tədbirdə Bin...