“Dünyada bahalaşma yenidən güclənə bilər” – Dünya Bankı

“Dünyada bahalaşma yenidən güclənə bilər” – Dünya Bankı

Dünya Bankı “Geosiyasi risklərin kölgəsində” başlığı ilə Əmtəə Bazarlarına Baxış Hesabatının 2023-cü ilin oktyabr buraxılışını dərc edib. Hesabatda qeyd olunub ki, Yaxın Şərqdəki münaqişəli vəziyyət əmtəə bazarlarında yenidən qeyri-müəyyənlik yaradıb. 


Sfera.az hesabata istinadən xəbər verir ki, OPEC və bəzi qeyri-OPEC ölkələrindən ibarət qrupun (OPEC+) neft tədarükünü könüllü şəkildə azaltması enerji qiymətlərinin üçüncü rübdə 9 faiz artmasına səbəb olub və bunun nəticəsində qiymətlər 5 faiz yüksəlib. 


Dünya Bankının hesabatına əsasən, münaqişənin əmtəə qiymətlərinə təsiri hələlik məhduddur. Bununla belə neftin qiymətinin münaqişə başlayandan bəri təxminən 6 faiz artdığı, kənd təsərrüfatı mallarının, əksər metalların və digər malların qiymətlərinin demək olar ki, sabit qaldığı qeyd edilib: “Lakin tarix göstərir ki, münaqişənin gərginləşməsi neft və digər əmtəə qiymətlərinin artmasına gətirib çıxara biləcək böyük riskdir. Bunun baş verməsi regionda və bütün dünyada ərzağın bahalaşmasına səbəb olacaq. Münaqişə şiddətlənəcəyi təqdirdə əmtəə qiymətləri ilə bağlı proqnoz sürətlə pisləşəcək. Qiymətlərin artmasına yüklərin daşınmasında çətinliklərin yaranması da köməklik edəcək”.


Hesabatda qeyd olunub ki, neft tədarükündə kiçik pozulma olarsa, qlobal neft tədarükünün sutkada 500 min barel azalaraq 2 milyon barelə düşəcəyi və neftin qiymətinin 93-102 dollar diapazonuna çatacağı proqnozlaşdırılır: “Təchizatda mülayim pozulma halında qlobal neft təklifi sutkada 3-5 milyon barel azalacaq və neft qiymətləri 109-121 dollara yüksələcək. Daha pis vartiantda isə neft təklifinin gündəlik 6-8 milyon barrel azalacağı və qiymətlərin bir barel üçün 140-157 dollara yüksələcəyi proqnozlaşdırılır”. 


Dünya Bankı bununla belə vurğulayıb ki, müasir dünya iqtisadiyyatı 1970-ci illərdə neft qiymətlərindəki böyük şokun öhdəsindən gəlmək üçün daha yaxşı vəziyyətdədir. 


Hesabatda yer alan əmtəə qiymətləri ilə bağlı proqnozlara əsasən, bu il qiymətlərin 23,5 faiz, gələn il isə 4,1 faiz azalacağı gözlənilir. 2025-ci ildə isə qiymətlər sabitləşəcək. Hesabatda enerji qiymətlərinin bu il 28,8 faiz, gələn il isə 4,5 faiz azalacağı təxmin edildiyi, “Brent” tipli xam neftin qiymətinin bu il orta hesabla 84 dollar olacağı gözlənilir. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Baş nazir QƏRAR İMZALADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki...

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...