“Muğan Bank”dakı əmanətlərə faiz hesablanmır – Vüqar Bayramov

“Muğan Bank”dakı əmanətlərə faiz hesablanmır – Vüqar Bayramov

“Artıq “Muğan Bank”da qorunan əmanətlərə faiz hesablanmır”.

 

Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bankda depoziti olanların əmanətləri üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir:

 

“Sığorta hadisəsi isə bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması barədə məhkəmə qərarının qüvvəyə minməsidir.  Əmanətlərin ödənilməsinin 90 və bəzi hallarda 180 gün tələb etdiyini nəzərə alsaq, o halda bu müddətdə əmanətlər passiv vəsait kimi hesabda qalacaq.  Məsələn, vətəndaşın bankda 30 min manat əmanəti olub və bank müflis olandadək onun depozitinə 2700 manat faiz hesablanıb. Bununla da cəmi əmanət məbləği 32700 manat olub. Əgər bank müflis olmasaydı, onun depoziti ilin sonunda 33600 manat olmalı idi. Amma bank müflis olduğundan onun depoziti 3 ay sonra ödənilsə də, vətəndaş 33600 manat deyil, 32700 manat alır. Praktik olaraq, vətəndaşın depoziti ondan asılı olmayan səbəbdən hesabda passiv formada saxlanılır”.

 

Millət vəkili qeyd edib ki, vətəndaşın müflis olan bankda krediti varsa, həmin kreditə faiz hesablanması davam edir:

 

“Eyni vətəndaşın “Muğan Bank”da həm depoziti və krediti varsa, o halda onun depozitinə faiz gəliri hesablanması dayandırılır, kreditinə isə aylıq faizlər əlavə olunur. Nəticədə, depozit üzrə tam gəlir əldə edə bilməyən vətəndaş kredit üzrə öhdəliyini tam ödəməli olur. Təklif edirəm ki, əmanətlərə faizlər sığorta hadisəsi baş verən günə deyil, vəsaitin ödənilməsi barədə qərar verilən tarixədək hesablansın. Bu halda 12 fazilə bankda 30 min manat əmanəti olan vətəndaşın depozitinə 3 ayda orta hesabla 900 manat faiz gəliri hesablanıb əlavə olunacaq. Vətəndaşın sığortalanmış depoziti ödənilən zaman ona 32700 manat deyil, müqavilədə göstərilən kimi 33600 manat veriləcək. Nəticədə, bankın müflis olması vətəndaşımızın əmanət gəlirlərini azaltmayacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Trampın gəlinindən gözlənilməz qərar

​​​​​​ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp hazırkı senator və dövlət katibi vəzifəsinə namizəd Mark Rubionun xeyrinə Florida ştatınd...

Yeni il yolkası neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yeni il bayramının ən önəmli simvollarından biri də məhz yolkadır. İstər uşaqların, istərsə də böyüklərin sevimlisi olan Yeni il yolkaları təkcə parklarda və ic...

Rafael İsgəndərovun nəvəsi ilə videosu gündəm oldu

Əməkdar artist Rafael İsgəndərovun sosial şəbəkədə paylaşdığı yeni video izləyicilərin marağına səbəb olub.   Məşhur aktyor nəvəsi Zəhra ilə birlikdə...

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb.   Sfera.az nazirliyin m...

Türkiyədə göl şaxtaya görə tamamilə dondu - FOTO

Türkiyənin Van bölgəsində Sıhke gölü donub.   Sfera.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.   Məlumata görə, Vandakı Sıhke g...

Qərb Ukraynaya vəd etdiyi yardımın yarısını verib

2022-ci ildə müharibə başlayandan Qərb ölkələri Ukraynaya 238.5 milyard dollarlıq yardım edib ki, bu da ölkənin eyni dövr üçün büdcə xərclərinin az qala 90%-i d...