ABŞ-nin bu qiymətli kağızlarını alanlar 5 faiz gəlir əldə edib
İqtisadiyyat
15:07 / 23.10.2023
6419
ABŞ dövlətinin 10 illik xəzinə istiqrazlarına sahib olan şəxslər ildə 5 faiz gəlir əldə edib.
Sfera.az xəbər verir ki, 10 illik istiqrazların gəlirliliyi 2007-ci ildən bəri ilk dəfə 5 faizi ötüb.
İstiqrazların gəlirliliyinin artması FED-in faiz dərəcələrini yüksək səviyyədə saxlayacaqları və hökumətin artan kəsiri ödəmək üçün əlavə istiqraz satacağı ilə bağlı olub.
ABŞ-nin dövlət büdcəsində kəsirin məbləğinin artması dövləti daha çox borclanmağa vadar edir. Gözlənilir ki, borcu ödəmək üçün ABŞ dövləti yeni istiqrazların satışını artıracaq.
Vasif