Yaxın Şərqdəki müharibə qızılı bahalaşdırır – SON QİYMƏT

Yaxın Şərqdəki müharibə qızılı bahalaşdırır – SON QİYMƏT

İsraillə HƏMAS arasında müharibənin baş verməsindən sonra qızılın qiymətində davamlı artım müşahidə edilir. 


Sfera.az xəbər verir ki, iki tərəf arasında silahlı qarşıdurma oktyabrın 7-də başlayıb. 


Həmin tarixdə xalis qızılın bir qramının qiyməti 59 dollar idi. Amma hazırda bir qram xalis qızıl 64 dollara satılır. Cəmi 2 həftə ərzində qızıl 5 dollar, yəni 8,5 faiz bahalaşıb.


Qeyd edək ki, qızıl ən etibarlı yığım vasitələrindən biri hesab olunur. Buna görə də müharibələr baş verdikdə və ya ciddi iqtisadi böhran yaşandıqda qızıla sərmayə artır. Qızılın bu cəhətini nəzərə alaraq investorlar onu “təhlükəsiz liman” da adlandırırlar. 


Əgər Yaxın Şərqdə hərbi gərginlik daha da genişlənərsə, qızılın dəyərinin 70 dollara çatması realdır. 


Vasif


 


OXŞAR XƏBƏRLƏR