Dollar 28 lirəyə çatdı

Dollar 28 lirəyə çatdı

Türkiyədə dolların davamlı bahalaşması hesabına lirə ilə olan kursu 28-ə çatıb. 


Sfera.az xəbər verir ki, bu gün birjalarda bir dollar səhər saatlarında 27,97 lirəyə qədər yüksəlmişdi. Hazırda dollar 2,92 lirəyə dəyişdirilir.  


Lirənin ucuzlaşmasının əsas səbəbi Türkiyənin cari əməliyyatlar balansında və dövlət büdcəsində kəsirin böyük olmasıdır. Hər iki mənbə üzrə kəsirin azaldılması üçün lirə ucuzlaşır. 


Lirənin ucuzlaşması qeyd edilən problemin yüngülləşdirilməsinə kömək etsə də ölkədə inflyasiyanın güclənməsinə də səbəb olur. 


Türkiyəli ekspertlər indiki şərtlər daxilində bu ilin sonuna kimi dolların lirəyə nəzərən məzənnəsinin 30-a çatacağına əmindirlər. 


Qeyd edək ki, 2023-cü ilin əvvəlində bir dollar 18,8 lirəyə, bir ay əvvəl isə 27 lirəyə dəyişdirilirdi. 


Vasif


 


OXŞAR XƏBƏRLƏR