Azərbaycanın məhsul aldığı ölkələrin sayı 180-i keçib

Azərbaycanın məhsul aldığı ölkələrin sayı 180-i keçib

Azərbaycanın idxal həyata keçirdiyi ölkələrin sayı 180-i keçib.

 

Sfera.az xəbər verir ki, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan dünyanın 194 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

 

Ticarət əməliyyatları zamanı 185 ölkədən mal almışıq, 113 ölkəyə mal satmışıq.

 

Məlumatlardan görünür ki, son illərdə Azərbaycan idxal coğrafiyasını genişləndirib. Əvvəlki illərdə idxal həyata keçirdiyimiz ölkələrin sayı az idi. 2022-ci ilin eyni dövründə 160 ölkədən, 2021-ci ildə 167 ölkədən, 2020-ci ildə 162 ölkədən mal idxal edilmişdi.

 

Bu il idxal coğrafiyasının genişlənməsi idxalın artması ilə parallel şəkildə baş verib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR