Rublun bəzi əskinaslarının dizaynı yenilənib

Rublun bəzi əskinaslarının dizaynı yenilənib

Rusiya Mərkəzi Bankı 1 min və 5 min rubl nominalında pul nişanlarını yeni dizaynda təqdim edib. 


Sfera.az xəbər verir ki, yeni əskinasların rəng dizaynı dəyişməz olaraq qalır, lakin banknotun üzərində yerləşdirilmiş orientirlər dəyişib. 


Rusiya şəhərlərinin simvolik təsvirlərini əks etdirən əskinasların satışına beş regionda başlanılacaq. Yenilənmiş 1 min rublluq əskinas Nijni Novqorod və Volqa Federal Dairəsinə həsr olunub. Yenilənmiş 5 min rublluq əskinas isə Yekaterinburqa və Ural Federal Dairəsinə həsr olunub. 


Əskinaslar tədricən dövriyyəyə daxil olacaq və 1997-ci ilin əskinasları ilə bərabər dövriyyədə olacaq. Əskinasın dizaynı yeniləndikdən sonra əvvəlki versiyalar da sərbəst dövriyyədə qalacaq. Bununla belə, Mərkəzi Bank 1 min və 5 min rubl nominalında köhnə əskinasların çapını dayandıracaq. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...