Logo

Azər Türk Bank üçüncü rübü mənfəətlə başa vurdu

Azər Türk Bank üçüncü rübü mənfəətlə başa vurdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dövlət bankı Azər Türk Bankın 01 oktyabr 2019-cu il tarixinə aktivləri ötən ilin müvafiq

dövrü ilə müqayisədə 11% artaraq, 351,9 milyon manat səviyyəsində olmuşdur. Bankın

kredit portfelinin həcmi 165,4 milyon manat təşkil etmişdir.

Ümumi gəlirlər 16% yüksələrək, 23,7 milyon manat səviyyəsində olmuşdur. Üçüncü rübdə

Bank 671,5 min manat xalis mənfəət əldə etmişdir ki, bu da keçən ilin eyni dövrünə

nisbətən 4,5 dəfə çoxdur.

Məcmu kapitalın həcmi 51,4 milyon manat olmuşdur. Qeyd edək ki, Bankın məcmu

kapitalının adekvatlığı 32 %, leverec əmsalı 13% təşkil edir ki, bu da müəyyən edilmiş

normalardan yüksəkdir. Kapitalın gəlirliyi (RoE əmsalı) 1,6 % səviyyəsində olmuşdur.

Cəmi bank öhdəliklərinin həcmi 13 % artaraq, 296,1 milyon manat təşkil etmişdir.

Bank 154,8 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 47,7 milyon manatı

əhalinin müddətli əmanətləridir.

Aktiv plastik kartların sayı 41 985 ədəd olmuşdur ki, bu da ötən ilə nisbətən 8% çoxdur.

Bankın müştərilərinin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 50 faiz artaraq, 63 389

nəfərə çatmışdır.

1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan

dövlətinə məxsusdur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR