Buğda BAHALAŞDI - QİYMƏT

Buğda BAHALAŞDI - QİYMƏT
Kateqoriya məlum deyil
T

Azərbaycanın sentyabrda idxal etdiyi ərzaqlıq buğdanın bir tonunun qiyməti avqust ayı ilə müqayisədə 19,9 manat artıb. 


Sfera.az xəbər verir ki, avqustda ərzaqlıq buğdanın idxal qiyməti 384,45 manat idi. Sentyabrda qiymət 5 faizdən çox artaraq 404,35 manata çatıb.


Qeyd edək ki, Azərbaycan ərzaqlıq buğdaya olan tələbatını ödəmək üçün hər il 1 milyon tondan artıq buğda idxal edir. İdxal edilən buğdanın qiyməti avqustda son ayların ən aşağı həddinə enmişdi. 


Vasif

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR