Azərbaycan içki ixracını 3 dəfə artırıb
İqtisadiyyat
16:30 / 09.10.2023
6717
Azərbaycanın qeyri neft-qaz mallarının ixracı bu ilin ilk 9 ayında 10 faizdən çox artıb.
Sfera.az xəbər verir ki, bəzi məhsulların ixracında daha böyük artım baş verib.
İxracı daha çox artan məhsullar arasında spirtli və spirtsiz içkilərin ixracı 3,3 dəfə, elektrik enerjisi 2,7 dəfə, qara metallardan məmulatların ixracı 34,3% artıb.
Qeyri neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,4% artaraq 145,9 milyon dollar təşkil edib.
Bu ilin 9 ayında ümumilikdə 2,4 milyard dollar dəyərində qeyri neft-qaz məhsulu satılıb.
Vasif