Azərbaycan banklarında əcnəbilərin nə qədər pulu var? - Rəqəmlər
13:33 / 05.10.2023
4387
Azərbaycan banklarında əcnəbilərə məxsus pul vəsaitlərinin həcminin artması müşahidə edilir.
Sfera.az Məkrəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin sonu ilə müqayisədə bu ilin iyulun 1-də əcnəbilərdən cəlb edilən resursların bank sektorunun cəmi öhdəliklərində payı 1,4 faiz bəndi artaraq 7,5 faizə çatıb.
Artımda əsas pay sahibi əcnəbilərin depozitləri və loro hesablar (bir bankın digər bankda hesabı – red.) olmuşdur. Ötən ilin sonu ilə müayisədə əcnəbiləri banklarda depozitləri 9,6% (161 milyon manat) artaraq 1,845 milyard manat, loro hesablarda vəsaitlər isə 73,1% (156 milyon manat) artaraq 370 milyon manat təşkil edib.
Ümumilikdə, banklarda əcnəbilərin 2,215 milyard manat dəyərində pul vəsaiti var.
Vasif