Mikayıl Cabbarov Türkmənistan Prezidenti ilə görüşdü - FOTO
Kateqoriya məlum deyil
T
“Türkmənistana səfərimiz çərçivəsində Türkmənistan Prezidenti cənab Sərdar Berdiməhəmmədovun qəbulunda olduq”.
Bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Dövlət başçılarının dostluğa və həmrəyliyə əsaslanan Azərbaycan - Türkmənistan münasibətlərinə verdiyi önəm sayəsində çoxtərəfli əlaqələrin inkişafı qeyd olundu”, - deyə nazir bildirib.






