Dünyada bir ayda nə qədər elektromobil satılır? - RƏQƏMLƏR
Dünyada elektromobil və hibrid avtomobil bazarının sürətlə genişlənməsi prosesi davam edir.
Sfera.az xəbər verir ki, bunu dünya miqyasında satışların miqdarı da göstərir.
Hesablamalara görə, avqustda dünya üzrə tam və qismən elektrikli avtomobillərin satışı keçən illə müqayisədə 36%, iyul ayı ilə müqayisədə isə 6% artaraq 1,2 milyona çatıb.
Avropada satışlar bir il əvvəllə müqayisədə 40% artaraq 229 000 ədəd olub.
Çində satışlar 33% artaraq 791 000-ə, Şimali Amerika satışlar isə 59% artaraq 152 000-ə çatıb.
Yanvar-avqust dövründə qlobal satışlar 41% artaraq 8,4 milyona çatarkən, bu artımın 59%-i Çindən əldə olunub.
Qeyd edək ki, Azərbaycanda da elektrik və hibrid avtomobillərə tələb artır. Ölkəmizə 2023-cü ilin yanvar-avqust aylarında elektriklə işləyən avtomobil idxalı 1 803 ədəd, hibrid avtomobil idxalı isə 9 640 ədəd olub. Ötən ilin eyni dövrü ilə müqayisədə elektriklə işləyən avtomobil idxalı 6,75 dəfə, hibrid avtomobil idxalı isə 17,4 faiz artıb.
Vasif