Vaxtında qaytarılma üzrə ən yaxşı vəziyyət bu kredit növündədir

Vaxtında qaytarılma üzrə ən yaxşı vəziyyət bu kredit növündədir

Azərbaycanda qeyri-işlək kreditlərin, yəni gecikmələrlə ödənilən kreditlərin ümumi məbləği 777,3 milyon manata düşüb. 


Sfera.az Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, son bir ildə bu vəziyyətdə olan kreditlərin məbləği təxminən sabit qalıb. 


Lakin ümumi kredit portfelində qeyri-işlək kreditlərin payı davamlı azalıb. Çünki son aylarda kredit qoyuluşu artdığı halda qeyri-işlək kreditlərin məbləğinin artmaması onların kredit portfelində payının azalmasına səbəb olub. 


Belə ki, bir il əvvəl bütün kreditlərin 4,1 faizi qeyri-işlək olduğu halda bu ilin sentyabrın 1-də 3,6 faiz kredit qeyri-işlək vəziyyətdədir. 


Qaydalara görə, kredit üzrə borc ödənişləri müqavilədə göstərilən tarixdən 90 təqvim günündən artıq gecikdirilən hissəsi qeyri-işlək sayılır. 


Bu vəziyyətdə olan kreditlərin yarıdan çoxu biznes kreditlərinə aiddir. Biznes kreditlərinin hər 100 manatından 4,3 manatı, yəni 513 milyon manatı qeyri-işləkdir.


İstehlak kreditlərinin 222,1 milyon manatı (3,4 faiz), ipoteka kreditlərinin isə 42,2 milyon manatı (1,2 faiz) qeyri-işləkdir. 


Statistika göstərir ki, kreditlərin vaxtında qaytarılması üzrə daha yaxşı vəziyyət ipoteka kreditlərindədir. 

 


Vasif


OXŞAR XƏBƏRLƏR