“Pul bazası kiçildilməməli, optimallaşdırılmalıdır” – Millət vəkili

“Pul bazası kiçildilməməli, optimallaşdırılmalıdır” – Millət vəkili

“Pul bazasının optimallığı həm inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə, həm də real sektorun dəstəklənməsinə xidmət etməlidir. Buna görə də, pul bazasının optimallaşdırılması siyasəti real sektorun canlanmasını xüsusi təşviq etməlidir. Bu baxımdan, kiçilmə deyil, optimallaşdırma siyasətinə üstünlük verilməlidir”.


Sfera.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov son iki ayda pul bazasının kiçilməsi faktını şərh edərkən bildirib. 


Xatırladaq ki, 2023-cü ilin iyul və avqust aylarında pul bazası kiçilib. İyunda 18,4 milyard manat olan pul bazasının həcmi sentyabrın 1-də 18,1 milyard manata geriləyib. Son 2 ayda isə pul bazası 300 milyon manata yaxın azalıb. İki aylıq azalmalara rəğmən pul bazası bu ilin əvvəlinə nisbətən yüksəkdir.

 

Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. 


V.Bayramov hesab edir ki, pul bazasının kiçilməsi Mərkəzi Bankın müvafiq tədbirləri ilə bağlı olub. Onun sözlərinə görə burada əsas məqsəd tələbin optimallaşdırılması və bu yolla inflyasiyanı cilovlamaqdır:

 

“Pul bazasının genişlənməsi tələbi artırır, kiçilməsi istehlak tələbini məhdudlaşdırır. İstehlak tələbinin azalması isə təklifin dəyişmədiyi halda antiinflyasiya effektinə malik olur”.

 

Millət vəkili bildirdi ki, pul bazasının kiçilməsi inflyasiyaya qarşı mübarizədə effektli olsa da, real sektorun pulla təminatını azaldır. Buna görə də V.Bayramov Mərkəzi Banka pul siyasəti ilə bağlı daha optimal davranmağı məsləhət görür:

 

“Pul bazası genişləndikcə xərcləmələr və real sektorda tələb də yüksəlir ki, bununla da istehsal üçün daha çox imkanlar yaradır. Bu kontekstdə pul bazasının optimallığı həm inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə, həm də real sektorun dəstəklənməsinə xidmət etməlidir. Buna görə də, pul bazasının optimallaşdırılması siyasəti real sektorunun canlanmasını xüsusi təşviq etməlidir, kiçilmə deyil, optimallaşdırma siyasətinə üstünlük verilməlidir”.

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR

Pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.  ...

Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov A...

Türkiyə XİN: Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...