Banklardan kənarda xeyli nağd pul var – RƏQƏMLƏR

Banklardan kənarda xeyli nağd pul var – RƏQƏMLƏR

Azərbaycanda olan nağd pulların 35,5 faizi banklardan kənardadır. 


Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, son bir ildə banklardan kənarda olan nağd pulun məbləği 2,436 milyard manat artaraq 14,6 milyard manatı ötüb. 
Bu artımdan sonra banklardan kənarda olan nağd pulun payı da xeyli artıb.

 

Ötən ilin sentyabrın 1-də bütün pulların təxminən 31 faizi banklardan kənarda olduğu halda, bu ilin eyni ayında 35 faizdən çox hissəsi banklardan kənarda saxlanılıb. 


Ümumilikdə ölkədə 15,972 milyard manat dəyərində nağd pul mövcuddur. Son bir ildə nağd pulun dəyəri 2,46 milyard manat, yəni 18,2 faiz artıb. 


Nağd pulların 1,37 milyardı (8,6 faiz) banklarda, qalanı banklardan kənardadır. 


Vasif


OXŞAR XƏBƏRLƏR