Gələn il maaşlar artırılacaq – RƏQƏMLƏR
2024-cü ilin dövlət büdcəsinin xərclərinin azalmasına baxmayaraq, əməyin ödənişi xərclərinin artırılması nəzərdə tutulub.
Sfera.az Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, əməyin ödənişi xərcləri 2024-cü ildə 9 milyard manatdan çox olacaq. 2023-cü illə müqayisədə əməyin ödənişi xərclərində 510 milyon manat və ya 6 faiz artım proqnozlaşdırılır. Bu artımlardan sonra əməyin ödənişi xərclərinin dövlət büdcəsinin ümumi xərclərində payı 23,2 faizdən 24,8 faizə yüksələcək.
Müqayisə üçün bildirək ki, 2022-ci ildə dövlət büdcəsindən əməyin ödənişinə 7,46 milyard manat xərclənmişdi. 2023-cü ildə həmin xərclər 8,5 milyard manata çatdırıldı ki, bu da 1 milyard manatdan çox artım deməkdir. Gələn il əməyin ödənişi xərclərində artımın həcminin daha az olması proqnozlaşdırılıb.
Vasif