Gələn il büdcədə neft gəlirləri neçə dollardan hesablanacaq? - MƏBLƏĞ
İqtisadiyyat
14:54 / 21.09.2023
7073
2024-cü ildə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 60 dollardan götürüləcək.
Sfera.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, büdcə gəlirlərinin 49,6 faizi və ya 16,756 milyard manatı neft sektorunun, 50,4 faizi və ya 17 milyard manatı qeyri neft-qaz sektorunun payına düşür.
2024-cü ildə neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 76,3 faizini və ya 12,781 milyard manatını Dövlət Neft Fondundan transfert, 23,7 faizini və ya 3,975 milyard manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcək.
Vasif