Gələn ilin dövlət büdcəsinin xərcləri azaldılacaq - RƏSMİ PROQNOZ
İqtisadiyyat
14:31 / 21.09.2023
6360
Azərbaycan Maliyyə Nazirliyi 2024-cü ilə dair dövlət büdcəsinin proqnozlarını açıqlayıb.
Sfera.az nazirliyə istinadən xəbər verir ki, dövlət büdcəsinin gəlirləri 33,765 milyard manat, xərcləri 36,355 milyard manat, büdcə kəsiri 2,59 milyard manat təşkil edəcək.
Proqnoza əsasən, büdcənin gəlirləri 2023-cü ilin dürüstləşdirilmiş büdcəsi ilə müqayisədə 125,5 milyon manat və yaxud 0,4 faiz az, xərcləri isə 2023-cü ilin dürüstləşdirilmiş büdcə proqnozu ilə müqayisədə 269,8 milyon manat və ya 0,7 faiz az olacaq.
Gələn ilin büdcəsində kəsirin məbləği 2023-cü ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 144,3 milyon manat və ya 5,3 faiz az olacağı güman edilir.
Vasif