Satılmayan 122 milyon dolları Mərkəzi Bank alıb

Satılmayan 122 milyon dolları Mərkəzi Bank alıb

Azərbaycanda 2023-cü ilin birinci yarısında cari əməliyyatlarda böyük profisitin olması dollara tələbi zəiflədib. 


Sfera.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 5,2 milyard dollar olub. Bu məbləğ ÜDM-in 14,5 faizinə bərabərdir. 


AMB proqnozlaşdırır ki, 2023-cü ilin sonunda cari əməliyyatlar hesabında profisitin məbləği ÜDM-in təxminən 15%-i həcmində qalacaq. 


Profisitli tədiyə balansı və de-dollarlaşma proseslərinin davam etməsi şəraitində valyuta bazarında təklif tələbi kəskin üstələyib. AMB bildirir ki, cari ilin 8 ayında Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99%-də təklif tələbdən çox olub. Buna görə də AMB məzənnə sabitliyini təmin etmək üçün valyuta bazarına müdaxilə edərək 122 milyon dollar alıb.


Vasif
 


OXŞAR XƏBƏRLƏR