“Avro ilin sonuna qədər ucuzlaşacaq” – “Metzler”

“Avro ilin sonuna qədər ucuzlaşacaq” – “Metzler”

Almaniyanın “Metzler” bankı hesab edir ki, avro/dollar məzənnəsində müşahidə edilən eniş ilin sonuna qədər davam edəcək. 


Sfera.az xəbər verir ki, bank ilin sonuna kimi bir avronun 1,06 dollar həddinə qədər enəcəyini təxmin edir. 


Alman bankı dolların güclənməsini ABŞ-də pərakəndə ticarət dövriyyəsinin artması ilə əlaqələndirib. 


Hazırda bir avro 1,067 dollardır. Avronun dollar qarşısında ucuzlaşması iyulun ikinci yarısından müşahidə edilir. Həmin tarixdə bir avro 1,123 dollar, son iki ayda avro 5 faiz ucuzlaşıb. 


Avronun dollara qarşı ucuzlaşması manatla olan məzənnədə də görünür. İyulun 15-də 1,91 dollar olan bir avro hazırda 1,81 dollara dəyişdirilir. 


Vasif


OXŞAR XƏBƏRLƏR