Sonuncu qlobal iqtisadi böhrandan 15 il ötür – O zaman nələr baş vermişdi?

Sonuncu qlobal iqtisadi böhrandan 15 il ötür – O zaman nələr baş vermişdi?

On beş il əvvəl 2008-ci ilin sentyabrın 15-də ABŞ-nin investisiya bankı “Lehman Brothers” ipoteka istiqrazları üzrə yaranan böyük borcuna görə iflas etdiyini açıqladı. 


Sfera.az xatırladır ki, həmin dövrdə “Lehman Brothers” ABŞ-nin dördüncü ən böyük investisiya bankı idi və onun 639 milyard dollar dəyərində aktivi var idi. Bankın ümumi borcu isə 619 milyard dollara yüksəlmişdi. Bank yaranan nəhəng borcunu ödəyə bilmədiyindən iflas etdi. 


“Lehman Brothers”in iflası əvvəlcə ABŞ-də, ardınca isə Avropa və dünyada dərin maliyyə böhranı yaşatdı. Banklarda depoziti olan şəxslər vəsaitlərini çıxartmağa başladı və nəticədə banklar vəsait çatışmazlığı ilə üzləşdi. Maliyyə sıxıntısı qısa müddət sonra əmtəə bazarına da sirayət etdi, bütün məhsulların dəyəri kəskin endi, dünyada ticarət həcmi xeyli azaldı. Qiyməti daha çox azalan məhsullar arasında neft də var idi. 2008-ci ilin yay aylarında 147 dollara satılan xam neftin qiyməti 40 dollara qədər gerilədi. 


Baş verənləri şərh edən analitiklər bu maliyyə və iqtisadi böhranının son 70 ilin ən pis qlobal tənəzzülü olduğunu müəyyənləşdirdilər. 
Böhranlı vəziyyətdən çıxmaq üçün mərkəzi banklar sərt pul-kredit siyasəti yürütməyə başladılar. Bank kapitalına dair tələblər sərtləşdirildi, reytinq agentliklərinə nəzarət gücləndirildi və s.


Həmin illərdə Azərbaycanda da Mərkəzi Bank sərt maliyyə siyasəti yürütdü, banklar kredit qoyuluşunu dayandırdı, əmanət faizləri yüksəldildi, bankların məcmu kapitalına dair tələb 10 milyon manatdan 50 milyon manata qədər artırıldı. 


Böhran səbəbindən 2009-cu ildə dünyada istehsal həcmi 0,1 faiz azaldı. Böhrana qədər sonuncu dəfə belə hal II Dünya Müharibəsindən öncə olmuşdu. 
Məhsul istehsalında azalma 2020-ci ildə daha böyük olub. Həmin ildə iqtisadiyyat 2,8 faiz kiçilib. Lakin bu kiçilmə iqtisadi böhranla bağlı deyildi. Pandemiya ilə əlaqədar sərt karantin tədbirlərinin tətbiqi qlobal tənəzzül yaratmışdı. 


Qlobal iqtisadi böhranın Azərbaycan iqtiadiyyatına təsiri də oldu. 2008-ci ildə ÜDM istehsalında artım 10,8 faiz olduğu halda, 2009-cu ildə 9,3 faizə, 2010-cu ildə 5 faizə gerilədi. Həmin illərdə Azərbaycanda neft istehsalının artmasına baxmayaraq, iqtisadi artım sürəti xeyli azaldı. 


Bundan başqa ölkəmizdə daşınmaz əmlak qiymətləri kəskin endi, dollarlaşma səviyyəsi yüksəldi və Dövlət Neft Fondunun gəlirləri xeyli azaldı. 


2008-ci ildə Fond 15 milyard dollar gəlirə sahib olduğu halda, 2009-cu ildə gəlir 10,3 milyard dollara düşdü. Neft hasilatının yüksək olmasına baxmayaraq, gəlirlərin azalması məhz neftin ucuzlaşması ilə bağlı idi. 


2010-cu ildən isə bütün dünya, o cümlədən Azərbaycan böhrandan çıxaraq yenidən iqtisadi göstəricilərini yaxşılaşdıra bildi. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Ukrayna macar casusları aşkara çıxardı - İllərdir pusquda...

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ölkə tarixində ilk dəfə olaraq Macarıstan hərbi kəşfiyyatçılarını ifşa edib.    Sfera.az bu barədə “RB...

"Sülh sazişi imzalamağa hazırıq" - Ermənistan XİN

Ermənistan sülh sazişini imzalamağa hazır olduğunu bəyan edib.    Sfera.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan b...

Prezident və xanımı Şuşada...

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mə...

“Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər

“Telegram” ikinci böyük yeniləməsini təqdim edib.   Sfera.az xəbər verir ki, bu dəfə platforma həm texniki funksionallığı, həm də is...

Prezident və Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışını etdilər

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər. ...