Logo

Kripto milyarderlərin sayı açıqlanıb  - 22 nəfərdirlər…

Kripto milyarderlərin sayı açıqlanıb - 22 nəfərdirlər…
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Henley & Partners” tərəfindən dərc edilən Kripto Aktiv Hesabatına görə, ən azı 1 milyard dollar dəyərində kripto aktivinə sahib olan insanların sayı 22-dir.

Sfera.az xəbər verir ki, onlardan 6-sı investisiyalarını “Bitcoin”də saxlayır.

Dünyanın hər yerində yüz milyonlarla insan, istər “Bitcoin”, istərsə də alternativ valyuta kimi kriptovalyutalara sahibdir. “Henley & Partners” tərəfindən dərc edilən Kripto Aktiv Hesabatına görə, 425 milyon insanın kriptovalyutadan istifadə etdiyi təxmin edilir.

Bu ilin əvvəlində CFA İnstitutu və Maliyyə Sənayesi Tənzimləmə Təşkilatının (FNRA) hesabatına əsasən Z nəslinin yarıdan çoxu (18-25 yaş) kriptoaktivlərə sərmayə qoyur.

Bütün yaş qrupları üzrə 88 200 nəfər ən azı 1 milyon dollar dəyərində kripto aktivə sahibdir. Bu rəqəm ümumi kriptovalyuta istifadəçilərinin 1 faizindən azını təşkil edir. Onlardan təxminən 40 500-ü “Bitcoin”ə sərmayə qoyanlardır.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR