\"Brent\" markalı neft KƏSKİN BAHALAŞDI

23:42 / 05.09.2023
10475
Londonun ICE birjasında "Brent" markalı neftin noyabr çatdırılması ilə fyuçers müqaviləsinin qiyməti 2022-ci il noyabrın 17-dən bəri ilk dəfə bir barel üçün 91 dolları ötüb.
Bakı vaxtı ilə saat 19:40-a olan məlumata görə, "Brent" markalı neftin bir barelinin qiyməti 2,26% artaraq 91,01 dollar olub.
Bakı vaxtı ilə saat 19:44-də "Brent" 91,12 dollara (+2,38%) ticarət edilib.
Eyni zamanda, WTI markalı xam neftin oktyabr fyuçersləri 2,41% artaraq barel üçün 88 dollar olub.