Pensiya alan qadınların sayı kəskin azalıb – Rəqəmlər

Pensiya alan qadınların sayı kəskin azalıb – Rəqəmlər

Son illər Azərbaycanda pensiyaçıların sayında baş verən azalma daha çox qadın pensiyaçılarda müşahidə edilib.

 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2023-cü ilin əvvəlində pensiya alan 1,11 milyondan çox insanın təxminən 57 faizi qadın pensiyaçılardan ibarət olub.

 

Qadın pensiyaçıların sayı 641 546 nəfər olmaqla cəmi pensiyaçıların 57,6 faizini təşkil edib. Bu dövrdə kişi pensiyaçıların sayı isə 472 681 nəfər olub.

 

Qadın pensiyaçıların sayında ən yüksək göstərici 2005-ci ildə qeydə alınıb. Həmin ilin sonunda 834 422 qadın pensiyaçı var idi və pensiyaçıların 60 faizi qadınlardan ibarət idi. Qadınların 3 uşağa görə daha tez pensiyaya çıxmaq hüququnun ləğv edilməsi, eyni zamanda pensiyaya çıxma yaşının artırılması qadın pensiyaçılarının sayına ciddi təsir edib. Ötən müddətdə pensiyaçılar arasında qadınların sayı 192 876 nəfər və ya 23,11 faiz azalıb.

 

2005-ci ildən bəri kişi pensiyaçıların da sayı azalıb. Amma kişilərin sayında azalma fərqi böyük deyil. 

 

Qadın pensiyaçıların sayında azalma əsasən yaşa görə pensiya alanların sayında müşahidə edilib. 2009-cu ildə 560 min qadın yaşa görə pensiya alırdı. Bu ilin əvvəlində pensiya alan qadınların sayı 404,5 min nəfərə düşüb. Yaşa görə pensiya alan qadınların sayı 155,5 min nəfər azalıb.

 

Ailə başçısını itirməyə görə pensiya alanların da çoxunu qadınlar təşkil edir. 2023-cü ilin əvvəlində 145 minə yaxın insan ailə başçısını itirməyə görə pensiya alıb ki, onların da 104 mindən çoxu qadındır.

 

Yalnız əlilliyə görə pensiya alanların çox hissəsini kişilər təşkil edir. Son məlumata görə 273,2 min əlil pensiyaçının 140,2 mini kişidir.

 

Son illərdə əlil və ailə başçısını itirməyə görə pensiya alanlar arasında qadınların sayında ciddi dəyişiklik baş verməyib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Yevlaxda qəza: Minik avtomobili yük maşınına çırpıldı

Yevlaxda minik avtomobili yük maşınına çırpılıb.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə az öncə Qazax-Bakı magistralının rayonun...

Ağlasığmaz OLAY: Atı maşının arxasına bağlayıb... -VİDEO

Türkiyənin Adana şəhərində ağlasığmaz hadisə baş verib. Şəhər sakini atı maşının arxasına bağlayaraq avtomobil yoluna çıxıb.   Sfera.az xəbər ve...

“Qarabağ” dünya reytinqində 10 pillə irəlilədi

"Qarabağ" klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya reytinqində 10 pillə irəliləyib.   Sfer...

Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib

Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarına qəbul imtahanı keçirilib.   Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.  ...

Bu ölkədə 6.2 bal gücündə zəlzələ baş verdi

İndoneziyanın Aceh əyaləti yaxınlığında 45 kilometr dərinlikdə 6,2 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə İndoneziy...

DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb

May ayının 11-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində,&nb...