Azərbaycanda əlillərin sayı sürətlə azalır - SƏBƏB
Azərbaycanda əlilliyi olan şəxslərin sayında 2020-2022-ci illərdə ciddi azalma qeydə alınıb.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2020-ci ilin sonunda ölkəmizdə 614 731 nəfər əlil olduğu halda, 2022-ci ilin sonunda 488 774 əlilik statusu daşıyan şəxs olub.
Cəmi 2 il ərzində əlillərin sayında 126 min azalma qeydə alınıb.
Azalma dinamikası 18 yaşınadək əlilliyi müəyyən edilən şəxslərdə arasında da müşahidə edilir. 2015-ci ilin sonunda 67 081 əlil uşaq olsa da 2022-ci ilin sonunda onların sayı 46 654 olub.
Əlillərin sayının azalması nəticəsində Azərbaycan əhalisi arasında əlillik göstəricisi 6,1 faizdən 4,6 faizə geriləyib.
Qeyd edək ki, əlilliyi olan şəxslərin sayının azalması saxta əlillik alan şəxslərin adının sistemdən çıxarılmasıdır.
Vasif