Vətəndaşlar banklardan niyə üz çevirir? – Ekspert AÇIQLADI

Vətəndaşlar banklardan niyə üz çevirir? – Ekspert AÇIQLADI

Əhalinin banklardakı depozitlərinin aylıq həcmində 2 dəfə azalma qeydə alınıb. Belə ki, avqust ayının 1-ə olan məlumata görə, ümumi əmanətlərin həcmi əvvəlki ayla müqayisədə 43.3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşüb.

 

Sfera.az -ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən iqtisadçı Eldəniz Əmirov deyib ki, azalmada təkcə vergini günahlandırmaq doğru deyil, digər ciddi səbəblər də var:

 

“Məsələn,  infilyasiyanın 12% ətrafında olduğu vaxtda depozit faizlərinin az qala bundan iki dəfə az olması insanları banklardan üz çevirməyə vadar edən ciddi səbəblərdən biridir. Çünki vətəndaş maliyyəçi olmasa da, oturub kobud hesablama edərək görür ki, hazırkı infilyasiya göstəricisi və depozit faizləri daxilində banka qoyduğu 10 000 manat pul bir ildən sonra artaraq 10 700 manat olacaq. Vergi tutulandan sonra isə əlində 10 630 manat qalacaq. Vətəndaş infilyasiyanın 11-12%  zərərini çıxanda isə bir il əvvəl əlində olan 10 min manat pulun bir ildən sonra 9400 manata qədər dəyərsizləşəcəyini görür”.

 

Ekspert qeyd edib ki, növbəti səbəb əmanətçilərin inam indeksləri ilə bağlıdır:

 

“Ölçüsündən asılı olmayaraq, adında “bank” sözü yazılan istənilən maliyyə təşkilatının bağlanması bank sektoruna zərər verir. Bunu hesablamaq üçün heç bir metodologiya yoxdur. İnsanlar da əksərən maliyyə savadlılığı və risklərin idarə edilməsi bacarıqlarına sahib olmadıqları üçün əslində riskin  nə qədər olduğunu aşkarlaya bilmirlər. Sadəcə qorxur və etibar etmirlər”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Müasir tibb inkişaf etmədiyi dövrlərdə komaya düşən insanlara nə edirdilər?

Qədim dövrlərdə komada olan insanlara necə davranıldığını heç düşünmüsünüzmü? Qədim dünyanın təbabəti bugünkü bildiyimizdən tamamilə fərqli idi. Bu şüursuzluq ə...

“Azərə donor tapılmışdı, sonra imtina gəldi”

Ötən gün dünyasını dəyişən aktyor Azər Baxşəliyevlə bağlı sənət yoldaşı İlkin Həsəni açıqlama verib.   Sfera.az xəbər verir ki, Xəzər TV-də qona...

Tramp Kanadanı ABŞ-yə qoşulmağa dəvət edib

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdonun istefası fonunda Kanadanın ABŞ-yə 51-ci ştat kimi qoşulmasını yenidən təklif ...

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırdı

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırıb.   Sfera.az xəbər verir ki, Qanot Şərq aviaşirkəti (Özbəkistan) Rusiyaya istiqamətlər də daxil olmaq...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Azərbaycan-İran sərhədində zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədq...

ABŞ Konqresi prezident seçkilərində Trampın qələbəsini təsdiqlədi

ABŞ Konqresi birgə iclasında 5 noyabr 2024-cü il tarixində keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiqləyib. Seçkilərdə respublikaçı Donald Tramp qali...