Azərbaycanda “Aİ-95” benzini niyə ucuzlaşmır? - Səbəb

Azərbaycanda “Aİ-95” benzini niyə ucuzlaşmır? - Səbəb

Son bir ildə dünyada neft qiymətlərinin xeyli azalmasına baxmayaraq Azərbaycanda “Aİ-95” markalı avtomobil benzininin qiyməti enmir.

 

Sfera.az xatırladır ki, 2022-ci ilin iyulun 13-də “Aİ-95” markalı benzinin bir litrinin  pərakəndə satış qiyməti 0,4 manat artırılaraq 2 manata çatdırılıb.

 

Həmin dövrdə “Brent” markalı neftin bir barelinin qiyməti 115 dollar səviyyəsində idi. Hazırda isə “Brent” neftinin qiyməti 87 dollardır və son aylarda qiymət təxminən bu səviyyədə dəyişir.

 

Müqayisə göstərir ki, hazırki qiymətlər bir il əvvəlki qiymətlərdən 28 dollar, yəni 24 faiz aşağıdır. Neft qiymətlərindəki mövcud dəyişikliyi nəzərə aldıqda “Aİ-95” benzinin qiymətinin  yenidən ən azı 1,6 manata salınması mümkündür.

 

Lakin bu baş vermir. Bunun səbəbini makroiqtisadi amillərlə izah etmək olar.

 

Son illərdə Azərbaycanda “Aİ-95” markalı benzinin qiymətinin enməsi bu markadan olan benzinin idxalını xeyli artırmışdı. İdxal miqdarının artması isə böyük məbləğdə vəsaitin xaricə göndərilməsinə səbəb olurdu. Bu hal Azərbaycan hökumətini məmnun etmədiyindən səlahiyyətli qurumlar “Aİ-95” benzininin daxildə daha çox istehlak edilməməsi üçün onun qiymətini yüksəltdi.

 

2019-cu ilin məlumatına əsasən Azərbaycana 53,8 min ton “Aİ-98” benzini idxal edilib. Bu qədər məhsulun idxalına 40,7 milyon dollar xərclənib.

 

“Aİ-95” markalı benzinin idxal miqdarı 2021-ci ildə 147,4 min tona, idxal xərci 111,1 milyon dollara yüksəlib. 2022-ci ildə qiymətlərin 2 manata çatdırılmasından sonra benzinin idxal miqdarı 99,5 milyon dollar, idxal xərci 102,5 milyon dollara düşüb.

 

2023-cü ilin birinci yarısında isə idxal miqdarı 39,9 min tona, idxal xərci 36,7 milyon dollara geriləyib. Dinamika göstərir ki, bu ilin ikinci yarısında da idxal miqdarı və dəyərində azalma baş verəcək.

 

Azalma qeyd etdiyimiz kimi, yüksək qiymət hesabına baş verir. Qiymətlər yüksək olduğundan avtomobil sürənlər daha ucuz benzindən istifadə edir və “Aİ-95” benzinin istehlakı azalır.

 

Azərbaycanda “Aİ-95” benzinin qiymətinın 2024-cü ildə enməsi mümkündür. Çünki gələn ildən ölkəmizdə də “Aİ-95” markalı benzinin istehsalı planlaşdırılır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

"Sülh sazişi imzalamağa hazırıq" - Ermənistan XİN

Ermənistan sülh sazişini imzalamağa hazır olduğunu bəyan edib.    Sfera.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan b...

Prezident və xanımı Şuşada...

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mə...

“Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər

“Telegram” ikinci böyük yeniləməsini təqdim edib.   Sfera.az xəbər verir ki, bu dəfə platforma həm texniki funksionallığı, həm də is...

Prezident və Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışını etdilər

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər. ...

İlham Əliyev və xanımı Daşaltı məscidinin açılışında iştirak etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...